
AzFreelance yüklənir...

AzFreelance yüklənir...
525-Cİ QƏZET
Qonorar qarşılığında məqalə və hekayələrim dərc olunurdu.
APA TV
"Tarix Adam" sənədli layihəsinin müəllifi olmuşam. Eyni zamanda, televiziyada yaradıcı sorğu rubrikasının əsasını qoymuşam. "APA Xəbər"in aparıcısı kimi geniş auditoriya qazanmışam. Eyni zamanda, xüsusi müxbir kimi hadisə yerindən birbaşa bağlantılar etmiş, araşdırma və tənqid materialları ilə gündəmin nəbzini tutmuşam.
APA GROUP
Holdinqə daxil olan "Kulis.az", "Vesti.az", "apa.az", "Lent.az", APA sport" saytları "APA TV" üçün layihələr hazırlamış, onların icrasını təşkil etmişəm. Bu müddətdə holdinqə daxil olan bütün platformalarımızda auditoriyanın genişlənməsinə nail olmuşam. Şirkət tərəfindən keçirilən müxtəlif müsabiqələrin konseptini hazırlamış, tərəfdaşlarla dialoq prosesində iştirak etmişəm.
KÜNC-BUCAQ
2022-ci il, dekabrın 6-da loqosu və adının şəxsən ideya müəllifi olduğum Künc-Bucaq internet televiziyasının əsasını qoymuşam. Qeyd etdiyim tarixlərdə kiçik bir heyətlə cəmi beş-altı ay içində yüzminlərlə abunə, yeddi milyondan çox baxış toplamışam. İnternet TV hazırda da fəaliyyət göstərsə də, kanaldan ayrılmışam.
REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ
Kanalın ən reytinqli layihəsi olan "İstintaq" proqramının müəllifiyəm. Eyni zamanda, televiziya üçün süjetlərin, xüsusi reportajların, montaj materiallarının hazırlanmasında, habelə səsləndirmə işlərinin icrasında iştirak edir, paralel şəkildə gecə növbəsi üzrə şef-redaktor kimi çalışıram.
REAL FM
"REALDA MƏN" və "İkinci mən" layihələrində müxtəlif məşhurlarla cəmiyyətin diqqətini cəlb edən mövzular ətrafında yarım saatlıq müsahibə aparmışam. Bu layihə təkcə radio müstəvisində sevilməyib, eyni zamanda, radionun bütün sosial şəbəkələrində geniş izləyici kütləsinin marağına səbəb olub.




Email ünvanı
[email protected]Yeni layihəniz barədə danışmaq üçün mənə yazın və ya zəng edin. Sizinlə əməkdaşlıq etməkdən məmnun olaram.
WhatsApp-da Yaz