2017-ci ildən etibarən yazılı mətbuat və audiovizual mediada çalışıram. Məqalələrim ölkənin müxtəlif qəzet və saytlarında dərc olunur. Televiziya təcrübəmi APA TV-də başlasam da, üç illik fəaliyyətimdən sonra APA Group üzrə layihələr departamentinin rəhbəri vəzifəsinə qədər yüksəldim. 2019-2025-cü illər ərzində müxbir, aparıcı, redaktor, səs aktyoru, korrektor, titr redaktoru, xətt prodüserliyi, OTK (efir redaktoru), kontent meneceri, SMM, montajçı, Youtube meneceri kimi müxtəlif peşələri tam mənimsədim. 2025-ci ildən etibarən REAL TV-də işə başladım və hazırda da bu kanalda çalışıram. Belə ki, televiziyanın sənədli filmlər departamenin direktor müavini kimi çalışdığım qısa müddət ərzində müxtəlif xüsusi reportajlar və sənədli filmlər ərsəyə gətirdim. Sonrakı dövrlərdə isə kanalın aparıcısı, müxbiri və "İstintaq" layihəsinin müəllifi olaraq geniş auditoriyanın diqqətini qazandım. Hesabımda sadəcə redaktə və korrektə ilə bağlı elan görsəniz belə, bu, ümumən bacarıqlarımın çox az qismidir. Əməkdaşlıq üçün qeyd olunan telefon nömrəsinə zəng edə, yaxud votsap vasitəsilə yaza bilərsiniz. İstər sayt idarəetməsi, istər gecə növbəsi üzrə yaradıcı redaktor, istərsə də kitab redaktəsi, istər səsləndirmə (dublyaj, kitab səsləndirmələri və sairə) , istər idarəetmə (xəbər müdirliyi kimi), istərsə də, daimi araşdırma materiallarının hazırlanması kimi geniş spektrlı əməkdaşlıqlara açığam. Bura həmçinin yaradıcı tərcüməni də əlavə etmək olar. Xüsusən ingiliscədən azərbaycancaya mətnləri uğurla çevirə bilirim. Bu mənim ixtisasımdır.